Koreyalı torpaqşünas alim BDU-da olub
Koreya Seul Milli
Universitetinin professoru Hi Yonq Ronun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı
Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmov qonaqlara
universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib, Koreya universitetləri
ilə əməkdaşlıqdan, BDU-da Koreya dili və ədəbiyyatının tədrisindən, elm və təhsil istiqamətində görülən işlərin
daha da genişləndirilməsindən bəhs edib. Rektor ötən il koreyalı alimlərin iştirakı
ilə universitetdə keçirilən simpoziumdan, Koreya mərkəzinin fəaliyyətindən də
söz açıb.
Professor Hi Yonq Ro,
öz növbəsində, BDU-da olmasından məmnunluğunu ifadə edərək dövlətlərarası əlaqələrin
qardaşlıq səviyyəsinə qədər inkişaf etməsindən razılığını ifadə edib. Seul
Milli Universitetinin kənd təsərrüfatı və biotexnologiya fakültəsində
torpaqşünaslıq üzrə dərslər apardığını, torpaqda hərəkətlilik üzrə çoxsaylı
araşdırmaların müəllifi olduğunu deyən professor həmin universitetin
laboratoriyasında orqanik maddələrin aşkarlanması və onların
sertifikatlaşdırılması ilə bağlı işlər gördüyünü də qeyd edib.
Görüş zamanı
torpaqşünaslıq, aqrokimya, ekologiya, nanotexnologiya sahəsində əməkdaşlıq, müəllim-tələbə
mübadiləsi, birgə layihələrin reallaşdırılması kimi məsələlər müzakirə edilib.
Sonda qonaq Koreya Mərkəzi,
Ekologiya və torpaqşünaslıq fakültəsi, Nanotexnologiya və digər
lobarotoriyalarla tanış olub.