• cümə, 29 Mart, 01:33
  • Baku Bakı 7°C

Koreyalar Bakıdakı dünya çempionatında birgə komanda ilə çıxış edəcək

14.09.18 17:20 863
Koreyalar Bakıdakı dünya çempionatında birgə komanda ilə çıxış edəcək
Cənubi və Şimali Koreya Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatında qarışıq komandaların yarışında iştirak üçün birgə komanda yaradır.
Trend-in məlumatına görə, bu barədə Koreya Cüdo Assosiasiyası bəyanat yayıb.
Qeyd olunur ki, Şimali Koreyadan olan 4 kişi və 3 qadın cüdoçu cənubi koreyalı həmkarları ilə birgə çempionatın son günü baş tutacaq qarışıq komandaların yarışında iştirak edəcək.
Birgə komanda Koreya yarımadasının təsvir olunduğu bayraq altında iştirak edəcək.
Kişi və qadın komandaların yarışlarında isə Cənubi Koreya və Şimali Koerya ayrı-ayrı komandalarla iştirak edəcək.
Qeyd edək ki, cüdo üzrə 32-ci dünya çempionatı sentyabrın 20-27-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.
banner

Oxşar Xəbərlər