• cümə, 29 Mart, 11:22
  • Baku Bakı 5°C

Koreya liderləri yenidən görüşüblər

26.05.18 19:15 502
Koreya liderləri yenidən görüşüblər
Koreya Respublikasının Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yenidən görüşüblər.
AZƏRTACxəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident ofisi məlumat yayıb. Görüş mayın 26-da yerli vaxtla saat 15:00-dan 17:00-dək iki Koreya arasındakı demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində baş tutub.
Dövlət başçıları aprel ayında keçirilmiş görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsinə dair məsələləri müzakirə ediblər. Prezident Mun Ce-in yaxın saatlarda görüşdə əldə olunan nəticələr barədə açıqlama verəcək.
banner

Oxşar Xəbərlər