• çərşənbə, 24 Aprel, 08:06
  • Baku Bakı 13°C

Konteyə hədiyyə verdilər, qanı qaraldı

16.02.18 13:10 839
Konteyə hədiyyə verdilər, qanı qaraldı
Bir müddət əvvəl "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyoya imzalamaq üçün komandanın forması verilmişdi.
Portuqal mütəxəssis formanı imzalayandan sonra onun arxasında "düşməni”, "Çelsi”nin baş məşqçisi Antonio Kontenin adının yazıldığını görmüşdü.
Kaspi.az xəbər verir ki, bu dəfə oxşar situasiya ilə Antonio Konte üzləşib. "Çelsi”nin baş məşqçisinə mətbuat konfransında "Mançester Yunayted”in forması hədiyyə olunub. Bəli, məhz həmin forma. Üzərində Antonio Kontenin adı yazılmış və Mourinyo tərəfindən imzalanmış forma.
Forma Konteyə təqdim edilərkən, italyan mütəxəssisin əhvalının korlandığı aşkar hiss olunub.
banner

Oxşar Xəbərlər