• çərşənbə, 24 Aprel, 15:41
  • Baku Bakı 27°C

Konte qamçı və keks metodundan istifadə edir

26.12.17 15:25 1142
Konte qamçı və keks metodundan istifadə edir
"Çelsi”nin baş məşqçisi Antonio Konte iş metodu barədə danışıb.
Kaspi.az xəbər verir ki, Konte futbolçulara münasibətdə qamçı və keks metodundan yararlandığını bildirib. O, bu metodu "Leççe”də çıxış edərkən mənimsədiyini vurğulayıb:
"Futbolçu karyeram zamanı bəxtim gətirib ki, əla mütəxəssislərlə işləmişəm. Özümün ilk iki məşqçimi yaxşı xatırlayıram. "Leççe”də Eusenio Faşşetti və Karlo Matsonenin rəhbərliyi altında oynamışam.
Onlar mənim inkişafımda mühüm rol oynayıblar. Bu məşqçilər mənə münasibətdə qamçı və keks üsulundan istifadə ediblər. Mən də bu üsulu mənimsəmişəm.
Futbolçularla işləyərkən, hərdən qamçıdan istifadə olunmalıdır, hərdən də keks verilməlidir. Mən çalışıram ki, keks verim. Ancaq hərdən sərt olmaq lazımdı.
Nə vaxt ki, səhv edirsən, bu situasiyanı anlamalı və qərar qəbul etmək üçün optimal variant qəbul etməlisən. Bu, gələcək səhvlərdən sığortalanmaq üçün vacibdir”.
banner

Oxşar Xəbərlər