• çərşənbə, 24 Aprel, 02:49
  • Baku Bakı 14°C

Konte onunla yeni müqavilə bağlayacaqlarına inanır

29.11.17 11:50 2210
Konte onunla yeni müqavilə bağlayacaqlarına inanır
"Çelsi”nin baş məşqçisi Antonio Konte komandanın qapıçısı Tibo Kurtua barədə danışıb.
Kaspi.az xəbər verir ki, Konte Kurtua ilə anlaşacaqlarına və onunla yeni müqavilə bağlayacaqlarına inandığını bildirib. O, qapıçının böyük potensialının olduğunu da vurğulayıb:
"Tibo dünyanın ən yaxşı qapıçılarından biridir. Hətta deyərdim ki, birincisidir. Onun böyük potensialı var. O, hər qarşılaşmada əla oyun sərgiləyir. Yaşının azlığına baxmayaraq, öz ampluasında fantastik futbolçudur.
Onunla yeni müqavilə bağlayacağımıza inanıram. Bu məsələdə məsuliyyət klub rəhbərliyinin üzərinə düşür. Ümid edirəm ki, rəhbərlik Tibo ilə razılığa gələcək. O, bizim üçün vacib futbolçudur”.
banner

Oxşar Xəbərlər