• cümə axşamı, 25 aprel, 13:48
  • Baku Bakı 23°C

Konte Mourinyonu “adamcığaz” adlandırdı

07.01.18 12:00 805
Konte Mourinyonu “adamcığaz” adlandırdı
"Çelsi”nin baş məşqçisi Antonio Konte "Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyoya cavab verib.
Kaspi.az xəbər verir ki, Mourinyo jurnalistin sualına cavab verərkən, Kontenin oyun alverinə görə cəzalandırıldığını xatırlamışdı. O, özü ilə bağlı belə halın heç vaxt baş verməyəcəyini bildirmişdi. Konte Mourinyonu olduqca kiçik adam – adamçığaz adlandırıb:
"Hesab edirəm ki, həqiqətin nə yerdə olduğunu bilə-bilə, kimisə təhqir etmək istəyirsənsə, onda sən adamçığazsan. O, bunu əvvəllər də edib, indi də edir, gələcəkdə də edəcək”.
Konte 2012/2013 mövsümündə A seriyasında oyun alqı-satqısında ittiham olunaraq, 4 ay müddətinə cəzalandırılmışdı.
banner

Oxşar Xəbərlər