• cümə axşamı, 28 mart, 21:50
  • Baku Bakı 13°C

Konte “Çelsi”dən ayrılır? - Münasibətlər pisləşib

16.06.17 18:00 1031
Konte “Çelsi”dən ayrılır? - Münasibətlər pisləşib
"Çelsi”nin baş məşqçisi Antonio Konte ilə klub rəhbərliyinin münasibətləri gərginləşib.
Kaspi.az xəbər verir ki, Konte transfer tələblərinin təmin olunmamağından narazıdır. Bu barədə iddianı "Sky Sport Itala” yayıb.
Münasibətlər o həddə pozulub ki, Kontenin klubu tərk etmə ehtimalı artıb. Hətta məlumat yayılıb ki, "Çelsi” rəhbərliyi italyan mütəxəssisin yerinə namizəd də tapıb.
O, komandanı tərk edəcəyi halda, "Çelsi”ni Tomas Tuxelin çalışdıracağı bildirilir. Kontenin qüvvədə olan müqaviləsi 2019-cu ilin yayına qədər nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər