• cümə, 19 Aprel, 18:27
  • Baku Bakı 24°C

Konstitusiya Məhkəməsinin Referendumla bağlı iclasının vaxtı açıqlanıb

22.07.16 11:02 1396
Konstitusiya Məhkəməsinin Referendumla bağlı iclasının vaxtı açıqlanıb
Azərbaycan prezidenti tərəfindən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası təyin olunub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas iyulun 25-də keçiriləcək.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib.
banner

Oxşar Xəbərlər