• cümə axşamı, 25 aprel, 17:53
  • Baku Bakı 23°C

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib

17.04.18 16:55 831
Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib
Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib.

APA-nın məlumatına görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən,İlham Əliyev86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.
banner

Oxşar Xəbərlər