• cümə axşamı, 28 mart, 18:37
  • Baku Bakı 13°C

Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edilib

26.07.16 16:25 1467
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edilib
Prezidentİlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsiməqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək (layihə əlavə olunur). Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.

Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabinetiümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirməliidir.
banner

Oxşar Xəbərlər