AZE | RUS | ENG |

Konnektikutda şərqi at ensefalitinə yoluxma faktı təsdiq edilib

Konnektikutda şərqi at ensefalitinə yoluxma faktı təsdiq edilib
ABŞ-ın Konnektikut ştatında şərqi at ensefalitinə yoluxma ilə bağlı ilk fakt təsdiq edilib.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, virus bütün Şimali Amerika boyu yayılmağa davam edir.

Ağcaqanadların yaydığı virus Şərqi Laym şəhərindən olan yaşlı adamda aşkar edilib. Konnektikut ştatının ictimai səhiyyə departamentinin komissarı Rene D.Koulman-Mitçell mətbuat konfransında bildirib ki, həmin adam avqustda xəstələnib. Pasiyent hələ də xəstəxanadadır.

Bu nadir virus beyində iltihab yaradır və potensial olaraq ölümə gətirib çıxarır. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, şərqi at ensefalitinə yoluxmuş pasiyentlərin üçdəiki hissəsi ölür, salamat qalanların çoxunun baş beyni yüngül və ağır dərəcəli zədə alır.

Koulman-Mitçell deyib: "Şərqi at ensefaliti nadir, lakin hər yaşda insanı zədələyən ciddi və potensial ölüm təhlükəli xəstəlikdir”. O, sakinləri həşərat əleyhinə vasitələrdən istifadə etməklə, örtülü geyinməklə özlərini ağcaqanadların sancmasından qorumağa çağırıb.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873