AZE | RUS | ENG |

Konfutsi İnstitutunda Beynəlxalq Ailə Günü qeyd edilib

Konfutsi İnstitutunda Beynəlxalq Ailə Günü qeyd edilib
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Ailə Gününə həsr olunmuş "Azərbaycan və Çin uşaqlarının tərbiyəsi ənənələri” mövzusunda elmi tələbə seminarı keçirilib. 

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov "Kitabi Dədə Qorqud” qəhrəmanlıq eposunda ailə ənənələrinə verilən yüksək dəyər haqqında danışıb.  Bildirib ki, oğuzlar üçün ailənin əsas dəyəri uşaqlar sayılırdı, valideynlərin vəzifəsi onların fiziki və mənəvi inkişafına xüsusi diqqət yetirməkdən ibarət idi. R. Abbasov  eyni zamanda uşaqların yetişdirilməsində Konfutsizmin rolundan danışaraq, dahi çinli filosof Konfutsinin "Dövlət böyük bir ailədir və ailə isə kiçik bir dövlətdir” sözlərini xatırladıb. 

Seminarda çıxış edən Konfutsi İnstitutunun müəllimi Çen Siaocen  "Uşaqlıq dövründən təhsil”, "Sevgi və şiddət”, "Dürüstlük”, "Valideynlərin şəxsi nümunəsi” kimi prinsiplərə əsaslanaraq, Çində ailə təhsilinin ənənələri haqqında danışıb. O, həmçinin qeyd edib ki, Çinin ənənəvi təhsili müstəqil, çalışqan, nəzakətli və sədaqətli uşaqların yetişdirilməsini qarşısına məqsəd qoyub. 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9117
GEL 1 1 Gürcü larisi 0.6285
GBP 1 1 İngilis funt sterlinqi 2.1893
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1864
CHF 1 1 İsveçrə frankı 1.6825
KWD 1 1 Küveyt dinarı 5.5851
TRY 1 1 Türk lirəsi 0.3110