• cümə, 19 Aprel, 03:32
  • Baku Bakı 18°C

Kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz artıb

25.11.19 13:30 709
Kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz artıb
Bu ilin 10 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 203,8 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 6,8 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 37,1 faiz artıb.
Hesabat dövründə ötən ilin eyni ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 71,6 dəfə, məişət soyuducularının istehsalı 25,2 faiz çoxalıb.
banner

Oxşar Xəbərlər