• çərşənbə axşamı, 23 aprel, 10:06
  • Baku Bakı 20°C

Kompensasiya düşən vətəndaşların 71,8 %-i pulunu alıb

08.05.19 09:45 479
Kompensasiya düşən vətəndaşların 71,8 %-i pulunu alıb
Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın çərçivəsində ABŞ dolları ilə götürülmüş kreditlər üzrə 71,8% vətəndaşa kompensasiya ödənişi edilib.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov AZTV-nin "Günün nəbzi” verilişinə verdiyi müsahibəsi zamanı deyib.
O.İsmayılov qeyd edib ki, ümumilikdə 602347 nəfərə kompensasiya ödənilməlidir: "Bunlardan 432 677 nəfərə ödənişin həyata keçirildiyi son 15 gün ərzində pul ödənilib".
Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi xatırladıb ki, artıq fərmanın restruktizasiya ilə bağlı hissəsinin icrasına başlanılıb.
Onun sözlərinə görə, kreditlərin restruktizasiya edilməsi üçün Azərbaycan Banklar Assosiasiyası ilə birgə vahid kredit müqaviləsi forması hazırlanıb.
O.İsmayılovun fikrincə, vahid müqavilə forması restruktizasiya prosesinin sürətləndirməyə imkan verəcək.
banner

Oxşar Xəbərlər