AZE | RUS | ENG |

"Kommersant": Zurabişvili Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib

Gürcüstan Prezidenti Salome Zurabişvili Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib. Trend-in məlumatına görə, bu barədə Rusiyanın "Kommersant” qəzeti yazıb. Məqalədə qeyd olunur ki, Gürcüstan prezidenti Ermənistan Prezidenti Armen Sarkisyan və Baş nazir Nikol Paşinyanla görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bir daha təsdiq edib və Ermənistan rəhbərliyinin ünvanına ittihamlar səsləndirib. Qəzet yazır ki, Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı S.Zurabişvili deyib: "Ermənistan tərəfindən Gürcüstanın ərazi bütövlüyünün təkcə sözdə yox, həm də əməldə tanınması bizim üçün çox vacibdir”. Dövlət başçısı vurğulayıb ki, o Dağlıq Qarabağdan separatçıların Abxaziya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutur: "Bununla da səfər təşkilatçıları bu münaqişələrin simmetrik olduğunu diqqətə çatdırır. Bu, çox kədərli və ağrılı məsələdir. Bu münaqişələr regionumuzun birgə inkişafını məhdudlaşdırır”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805