• cümə, 29 Mart, 05:00
  • Baku Bakı 7°C

“Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb

25.09.20 17:30 493
“Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb
"Kommersant” qəzeti postsovet ölkələrindən olan prezidentlərin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışlarından seçmələr dərc edib.
AZƏRTACxəbər verir ki, qəzet Azərbaycan Prezidentinin çıxışından bir hissəni öz səhifəsində yerləşdirib. Nəşr Azərbaycan dövlətinin başçısının çıxışını "olduqca kəskin” adlandırıb. "O, nitqinin birinci hissəsində Qoşulmama Hərəkatı Təşkilatına üzv ölkələrin adından bəyanat verib. Belə ki, siyasətçi BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması və nüfuzunun möhkəmləndirilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb. Prezident İlham Əliyev deyib: "Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır”. Görünür, o, həmçinin iqtisadi sanksiyaların tətbiqini də nəzərdə tutur”, - deyə qəzet yazır.
Prezident İlham Əliyevin öz çıxışının ikinci hissəsində fikirlərinin tamamilə Ermənistanın tənqidi üzərində cəmləşdirdiyini qeyd edən qəzet dövlət başçısının çıxışından bir hissəni dərc edib. "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”, - deyə Prezident bəyan edib. "Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”. Digər ittihamlar da səsləndirilib: "Ermənistan Xocalı soyqırımını (1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinin kütləvi qırğını - "Kommersant”) törətmişdir”; "Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”; "Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir”, "Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya” siyasəti hökm sürür”. Azərbaycan lideri Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır” sözlərini yada salaraq qeyd edib ki, onun bəyanatı danışıqlar prosesinə ciddi zərbədir”. Sonda Prezident deyib: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir”.
banner

Oxşar Xəbərlər