• cümə, 29 Mart, 01:14
  • Baku Bakı 7°C

Komitənin ləğv edilməsi ilə bağlı komissiya yaradılıb

18.05.18 09:50 528
Komitənin ləğv edilməsi ilə bağlı komissiya yaradılıb
Nazirlər Kabinetinin sərəncamı iləStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası yaradılıb.
"APA-Economics"in məlumatına görə, Komitənin kreditor borcları olan hüquqi və fiziki şəxsləri öz tələblərini mayın 18-dən iyulun 18-dək ləğvetmə komissiyasına bildirə bilərlər.
Xatırladaq ki, "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamı iləStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsiləğv edilib.
banner

Oxşar Xəbərlər