• şənbə, 20 Aprel, 13:52
  • Baku Bakı 23°C

Komitə sədri: “Xaricdə terrorçuluqla məşğul olan vətəndaşların Azərbaycana buraxılmaması qanuni addımdır”

19.01.17 13:20 739
Komitə sədri: “Xaricdə terrorçuluqla məşğul olan vətəndaşların Azərbaycana buraxılmaması qanuni addımdır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz QurbanlıAzərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak edən şəxslərin vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlanılmasına münasibət bildirib.
APA-nın məlumatına görə, M. Qurbanlı Deyib ki, "Dini ekstremizm haqqında" qanuna və referendumda Konstitusiyaya edilən düzəlişlərə əsasən, Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrə, terror qruplarında iştirak edən şəxslərin ölkəyə girişi qadağan edilib.
Dövlət Komitəsinin sədri bildirib ki, həmin şəxslər avtomatik vətəndaşlığı itirmiş sayılırlar: "Əgər bir adam öz ölkəsi yox, xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edirsə, terrorla məşğul olursa, cinayətlər törədirsə, həmin adam ölkəyə buraxılmır. Bu da qanuni bir addımdır".
Qeyd edək ki, 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasındaDövlət Miqrasiya Xidmətitərəfindən həmin şəxslərin Azərbaycan vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.
banner

Oxşar Xəbərlər