• cümə axşamı, 28 mart, 18:23
  • Baku Bakı 13°C

Komitə sədri valideynlərə müraciət etdi: Məsuliyyətli olun

15.05.19 15:37 599
Komitə sədri valideynlərə müraciət etdi: Məsuliyyətli olun
Azərbaycanda ailə mədəniyyəti, ağbirçək və ağsaqqal institutu gücləndirilməlidir.
Trend-in məlumatına görə, bunu "Beynəlxalq Ailə günü”nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
H.Hüseynova, eyni zamanda valideynləri məsuliyyətli olmağa da çağırıb: "Gənclər öz vaxtlarını daha çox sosial şəbəkələrdə keçirirlər. Valideynlər uşaqları ilə eyni masa arxasında oturub söhbətlər aparmalıdırlar. Biz belə ailədə böyümüşük və ailələri də belə görmək istəyirik".
banner

Oxşar Xəbərlər