• cümə axşamı, 28 mart, 13:39
  • Baku Bakı 16°C

Komitə sədri: Ötən il Azərbaycanda 13 651 boşanma halı olub

07.02.19 12:07 533
Komitə sədri: Ötən il Azərbaycanda 13 651 boşanma halı olub
Şəxsiyyətin formalaşmasında ailənin böyük rolu var. Azərbaycanda qanunvericilik baxımından ailə və uşaqlarla bağlı təkmil qanunvericilik bazası mövcuddur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Yeni Azərbaycan Partiyasında keçirilən "Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.
A.Naxçıvanlı bildirib ki, bu gün bəzi hallarda əxlaqa, tərbiyəyə, milli adət ənənələrimizə zidd halların baş verməsi təəssüf doğurur.
O qeyd edib ki, 2018-ci ilin 12 ayı ərzində Azərbaycanda 13 651 boşanma halı olub: "Əvvəllər biz deyirdik ki, ailələrdə boşanma hallarının əsas səbəbi sonsuzluqdur. Ancaq təəssüflər olsun ki, indi uşaqlı ailələrdə də boşanma halları var. Son vaxtlar ailə dağılmasında ev, mülk, maşın daha çox üstünlük təşkil edir. Bu hal milli dəyərlərimizə ziddir. Ailələrdə uşaq dünyaya gəlir, o uşağı düzgün tərbiyə etmək lazımdır, ancaq ev, mülk, maşın önə keçir, sevgi, səmimiyyət ailələrdən uzaqlaşır. İndi sanki ailə qurmağa oyun kimi baxırlar”.
Komitə sədrinin sözlərinə görə, araşdırmalar göstərir ki, boşanmaların müxtəlif səbəbləri var: "Tərəflərin bir-birini yaxşı tanımaması, məcburi evlilik, erkən nikahlar, məişət zorakılığı, ailə qurmazdan əvvəl düşünməmək, kənar müdaxilələr, qayınananın və qayınatanın ailənin işlərinə qarışması, maddiyatın əsas götürülməsi, nikah müqavilələrinin bağlanmaması münaqişələrə gətirir və axırda da boşanmaya səbəb olur. Ancaq düşünürəm ki, ailədə adət-ənənə, mənəvi dəyərlər qəbul olunsa, bəlkə də belə olmaz”.
banner

Oxşar Xəbərlər