• cümə, 19 Aprel, 06:16
  • Baku Bakı 13°C

Komitə sədri: “Senat Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək”

12.01.17 11:15 951
Komitə sədri: “Senat Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək”
ABŞ Senatı Reks Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Bob Korker bəyan edib.
"Çox güman ki, Senat Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək”, deyə B.Korker bildirib.
ABŞ-da dövlət katibini prezident Senatın razılığı ilə təyin edir. Bu gün Senatda "ExxonMobil” şirkətinin sabiq başçısı Reks Tillersonun ABŞ dövlət katibi vəzifəsinə namizədliyinin təsdiq edilməsinə dair dinləmələr keçirilib.
Reks Tillerson 90-cı illərdə "ExxonMobil” şirkətinin Rusiyadakı layihələrinə rəhbərlik edib, 2011-ci ildə "Rosneft” şirkəti ilə Arktika şelfində neft yataqlarının birgə işlənməsinə dair saziş imzalayıb.
R.Tillerson 2013-cü ildə Rusiyanın "Dostluq” ordeni ilə təltif edilib. "ExxonMobil” şirkətinin rəhbəri vəzifəsində Rusiyaya qarşı sanksiyaların əsas əleyhdarlarından olub.
banner

Oxşar Xəbərlər