• cümə axşamı, 28 mart, 16:27
  • Baku Bakı 16°C

Komitə sədri: “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”

21.06.17 13:45 754
Komitə sədri: “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”
"AzərbaycandaQafqaz Müsəlmanları İdarəsi(QMİ) tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur. Buna görə o, qanun qarşısında cavab verəcək”.
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlıbildirib.
”Komitəyə səlahiyyət verilib ki, hər hansı şəxs QMİ təyinatı olmadan yerlərdə dini ayin icra edirsə, komitənin müvafiq nümayəndəsi onun fəaliyyəti ilə bağlı protokol tərtib edir və məhkəməyə müraciət olunur. Həmin şəxs cərimələnir. Bəzən mətbuatın araşdırması nəticəsində hansısa dini məsələ ilə bağlı məlum olur ki, onu icra edən şəxs qeyri qanuni-fəaliyyət göstərir. Təbii ki, bu, cəzasını almalıdır”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər