Komitə sədri müvəqqəti saxlama yerlərinə baş çəkdi

Komitə sədri müvəqqəti saxlama yerlərinə baş çəkdi

Təfsilat
18 İyul 2019, 12:30 21802
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov Bakı şəhərinin yeni istifadəyə verilmiş müvəqqəti saxlama yerlərində, o cümlədən Abşeron polis şöbəsində və Sumqayıt polis idarəsində növbəti başçəkmə həyata keçirib.
Komitədən Trend-ə verilən məlumata görə, monitorinq sıra ardıcıllığı ilə Xətai, Yasamal, Səbail, Abşeron və Sumqayıtda həyata keçirilib.
Yeni təmir olunmuş müvəqqəti saxlama yerlərində standartlara uyğun şərait yaradılıb, saxlanılan şəxslərin qalma şəraiti yaxşılaşdırılıb, müsbətə doğru işlər görülüb.
Ümumi baş çəkilən 5 müvəqqəti saxlama yerində saxlanılan şəxslərdən işgəncə və qeyri-insani rəftarla bağlı şikayət daxil olmayıb. Monitorinqdə komitənin əməkdaşları Seymur Salmanov və Qartal Hüseynov iştirak ediblər.
Komitə nəticələri qənaətbəxş sayıb.