• cümə axşamı, 28 mart, 15:58
  • Baku Bakı 16°C

Komitə sədri: Hazırda bələdiyyə sisteminin 35 faizini qadınlar təşkil edir

14.06.19 15:30 531
Komitə sədri: Hazırda bələdiyyə sisteminin 35 faizini qadınlar təşkil edir
Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün təkmil hüquqi baza var.
Trend-in məlumatına görə, bunu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
H.Hüseynova bildirib ki, Mehriban xanım Əliyeva vaxtilə Milli Məclisin deputatı olub və bu qanunların qəbul olunmasında fəallıq göstərib.
Komitə sədri xatırladıb ki, 101 il əvvəl Azərbaycan qadınları seçmək və seçilmək hüququ əldə ediblər:"Bir çox Avropa ölkələrində qadınlar bu hüququ 1940-cı illərdə əldə etdilər. Bizim qadınlarımız ictimai həyatda uğurlu yol keçiblər. Digər ölkələrlə müqayisə edəndə deyirəm ki, Azərbaycanda feministlər olmayıb. Çünki biz öz hüquqlarımızı kişilərlə bərabər almışdıq. Ona görə kişilərlə bərabər çalışırıq. Bizə ehtiyac yox idi ki, mübarizə aparaq”.
H.Hüseynova əlavə edib ki, Azərbaycanda sahibkarların 30 faizi qadınlardır: "Əvvəllər bələdiyyə sistemində qadınların payı 3-4 faiz idi. Bu istiqamətdə maariflənmə işi apardıq. Məqsəd o idi ki, qadınları bələdiyyələrə cəlb edək. Hazırda bələdiyyə sisteminin 35 faizini qadınlar təşkil edir. Qadınların özünə inamını gücləndirmək lazımdır. Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Birinci vitse-prezidentin fəaliyyəti bizim üçün örnəkdir”.
banner

Oxşar Xəbərlər