• cümə axşamı, 25 aprel, 13:39
  • Baku Bakı 23°C

Komitə sədri: “Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”

03.08.21 11:53 209
Komitə sədri: “Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”
"Təəssüflər olsun ki, bu gün biz müzəffər Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”.
"Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədriMusa Quliyevdeyib.
Onun sözlərinə görə, belə bir məsuliyyətsiz hərəkətin törədilməsi deputatların hər birinin nüfuzuna xələl gətirir: "Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi daha yaxşı olardı. Biz o insanla YAP-da da siyasi həmfikir olmuşuq. Hesab edirəm ki, cəmiyyətin də diqqəti bu müzakirələrdir. Cəmiyyət də görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”.
banner

Oxşar Xəbərlər