• cümə, 29 Mart, 12:50
  • Baku Bakı 14°C

Komitə sədri: “Dünyada qaçqın, miqrant problemi ağırlaşır”

20.06.17 12:25 1023
Komitə sədri: “Dünyada qaçqın, miqrant problemi ağırlaşır”
"Bu gün dünyada 65,6 milyon insan didərgin düşüb və qaçqın, miqrant, məcburi köçkündür. Yəni orta hesabla dünyada hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir”.
APA-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müaviniƏli Həsənovdeyib.
Ə. Həsənov bildirib ki, dünyada bu sahədə vəziyyət yaxşılaşmaq əvəzinə ağırlaşır: "Tək Türkiyə dövləti son 3 ildə 2 milyon 900 min qaçqın qəbul edib. Dünyada özlərini hegemon sayan dövlətlər öz aralarında yeni coğrafi məkanlara, regionlara nəzarət etmək, yeni təbii sərvətlər, xüsusən enerji resursları əldə etmək üçün mübarizə aparırlar. Arada isə ərazisi kiçik, əhalisinin sayı az olan dövlətlər, xalqlar əziyyət çəkir. Bu gün dünyanın mənzərəsi budur. Son 30 ildə qaçqın, məcburi köçkün və miqrantların sayı 2 dəfə, münaqişə zonalarının sayı 3 dəfə artıb. Problemin həlli dünyada xalqların, dövlətlərin həmrəyliyini tələb edir”.
Ə. Həsənovun sözlərinə görə, keçən il aprel döyüşləri Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqları istənilən an işğaldan azad etməyə hazır olduğunu göstərib: "Aprel döyüşlərindən sonra Ermənistanın təcavüzkar siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib. Xalq, ordu, eləSerj Sarkisyanın ətrafı da ona qarşı qalxıb. Əgər işğalçı, şovinist rejim düzgün yola qayıtmasa, onların sonu çatacaq”.
banner

Oxşar Xəbərlər