AZE | RUS | ENG |

Komitə sədri: Bu il 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Komitə sədri: Bu il 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

S.Mehdiyev bildirib ki, Azərbaycanın bütün dövlət gömrük keçid məntəqələrində müasir avadanlıqlar quraşdırılıb və daşınan yüklər millimetrinə qədər yoxlanılır: "Görülən ciddi tədbirlər nəticəsində 2019-cu ilin ilk 3 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 dəstə aşkar edilib və 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Dövlət Gömrük Komitəsi bütün mümkün vasitələrdən istifadə etməklə ölkənin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərir".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974