• cümə, 26 Aprel, 12:01
  • Baku Bakı 23°C

Komitə sədri: "Aztəhsilli, iqtisadi cəhətdən asılı qadınlar zorakılığa daha çox məruz qalır"

25.04.17 13:20 858
Komitə sədri: "Aztəhsilli, iqtisadi cəhətdən asılı qadınlar zorakılığa daha çox məruz qalır"
"Araşdırmalar göstərir ki, aztəhsilli, iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur".
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran Hüseynova"Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda qadınlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar: "Xüsusilə, bu gün qadınlar texniki və maliyyə sahələrinə maraq göstərirlər. 2005-ci ildə 4 min qadın maliyyə və sığorta sahəsində çalışırdısa, 2015-ci ildə bu rəqəm 10 mindən çox olub. 2005-ci ildə tikinti sahəsində 5 min qadın çalışıb, 2015-ci ildə bu rəqəm 7 mindən çoxdur. 2012-ci ildə Azərbaycanda qadın sahibkarların çəkisi 17 faiz idisə, 2017-ci ildə bu, 21 faizi keçib".
Komitə sədrinin sözlərinə görə, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşı məcburi köçkün düşüb ki, onların 450 mini qadın, 309 mini uşaqdır.
H. Hüseynova qeyd edib ki, 2002-2015-ci illərdə 3500-dən çox qadına 55 milyon manat güzəştli kredit verilib.
banner

Oxşar Xəbərlər