• cümə axşamı, 25 aprel, 18:57
  • Baku Bakı 21°C

Komitə sədri: “Azərbaycanın dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”

24.05.17 13:40 875
Komitə sədri: “Azərbaycanın dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”
"Azərbaycanın tarixən formalaşmış dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz QurbanlıQafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayı ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycanın tarixən formalaşmış dövlət-din modelini təftiş etməyə çalışan, onu dəyişdirməyə çalışan qüvvələr var: "Hər kəs, xüsusilə dindarlar diqqətli olmalıdırlar. Azərbaycanın dövlət-din münasibətləri modelinin dəyişdirilməsinə cəhdlər radikal qruplara qarşı birgə mübarizəmizi zəruri edir. Çünki bizim tarixən formalaşmış modeli çökdürmək dini ənənələrimizi məhv etmək deməkdir. Ona görə də bu cür cəhdlərə qarşı birgə mübarizə aparılmalıdır”.
Komitə sədri eyni zamanda bölgələrdə komitə əməkdaşlarının tədbirlərində QMİ nümayəndələrinin yaxından iştirakını da tövsiyə edib. O həmçinin xurafatla bağlı bəzi dindarlara irad da tutub: "Əgər dindar hər hansı məclisdə falçılıqdan, xurafata şamil olunan şeylərdən danışırsa, demək, o, dindar deyil”.
banner

Oxşar Xəbərlər