AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Komitə sədri: “Azərbaycanda da ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq”

Komitə sədri: “Azərbaycanda da ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq”

Cəmiyyət
26 Oktyabr 2016, 11:47 624
"Bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb. Azərbaycanda da bu sahədə böyük işlər görülür".
"Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovkomitənin bu gün keçirilən iclasında deyib. 
O xatırladıb ki, 15 il əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az halda həyata keçirilirdi: "Bu gün artıq Azərbaycanda qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir”. 
Komitə sədri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində də işlər aparılır və yaxın gələcəkdə ölkədə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.