Komissiyanın növbəti iclası keçiriləcək

Komissiyanın növbəti iclası keçiriləcək

Cəmiyyət
22 May 2019, 12:51 146
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası cari ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclas Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə təşkil olunacaq.