• çərşənbə axşamı, 23 aprel, 16:29
  • Baku Bakı 24°C

Komissiya Quba soyqırımı məzarlığına baxış keçirib - Fotolar

09.06.17 12:02 1183
Komissiya Quba soyqırımı məzarlığına baxış keçirib - Fotolar
Quba "Soyqırımı memorial kompleksi”nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün yaradılan komissiya üzvləri bu gün Quba rayonuna səfər edib.
APA-nın şimal bürosunun xəbərinə görə, komissiya sədri, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi heyət"Soyqırımı memorial kompleksi”ni və kütləvi məzarlığı ziyarət edib.
Komissiya üzvlərinə Quba soyqırımı məzarlığı barədə məlumat verilib.
Ziyarətdən sonra isə Quba rayon İcra Hakimiyyətində Əli Həsənovun rəhbərliyi Quba "Soyqırımı memorial kompleksi”də mövcud vəziyyətlə bağlı müşavirə keçirilir.







banner

Oxşar Xəbərlər