• cümə axşamı, 25 aprel, 10:41
  • Baku Bakı 14°C

Komandamız Kanada yığmasını məğlub edib

01.11.19 11:30 954
Komandamız Kanada yığmasını məğlub edib
Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən Şahmat Olimpiadasının 4-cü turunun oyunları keçirilib.
AZƏRTACxəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – "Azərbaycan” komandası Kanada şahmatçılarına 3:1 hesabla qalib gəlib. Komandamız 4 turun nəticəsinə görə 7 xalla ikinci yerdədir. "Azərbaycan-Naxçıvan” isə Çex təmsilçilərinə məğlub olub - 1:0.
Qeyd edək ki, "Azərbaycan” komandası birinci turda Monqolustan, ikinci turda ABŞ şahmatçılarına 3:1 hesabı ilə qalib gəlib, üçüncü turda Özbəkistan ilə heç-heçə edib. "Azərbaycan-Naxçıvan” komandası isə Tailand təmsilçilərinə 3,5:0,5, Türkiyə şahmatçılarına 3:1 hesabı ilə qalib gəlib, Qazaxıstan yığmasına məğlub olub - 1:3.
banner

Oxşar Xəbərlər