• şənbə, 20 Aprel, 00:45
  • Baku Bakı 15°C

“Komandama yararlı olacağıma inanıram”

16.09.13 10:31 1350
“Komandama yararlı olacağıma inanıram”
Azerisport.az xəbər verir ki, İsveçrə vətəndaşlığını daşıyan hücumçu növbəti oyunlarda da komandasına yararlı olacağına inandığını bildirib:
“İlk qolumu vurdum. Sevindirici haldı ki, bu, debüt oyunumda baş verdi. Amma ən əsası odu ki, qol komandamızın işinə yaradı, qələbə qazandıq. İlk oyuna çıxmaq həmişə çətin olur. Mənim kimi uzun zamandı futbol oynamayan birisi üçün bu, ikiqat çətin və məsuliyyətlidi. Son rəsmi oyunumu may ayında keçirmişdim. Artıq futbolsuz günlərim arxada qaldı. Düşünürəm ki, debütüm normal alındı”.
Futbolçu qol anından danışmağı da unutmayıb: “Qol epizodunda öncə başla oynamağı düşündüm. Amma son anda fikrimi dəyişdim, topu sinəmlə ram etdim və zərbə vurdum. Pis alınmadı. İlk oyundaca 90 dəqiqə meydanda olmaq çətindi. Bunun üçün yüksək fiziki hazırlıq gərəklidi. Oyuna yaxşı hazırlaşmışdıq. Amma düşünürəm ki, öz üzərimdə hələ çox işləməliyəm. Növbəti oyunlarda da qollarımı davam etdirəcəyimə və komandama yararlı olacağıma inanıram".
Xatırladaq ki, 24 yaşlı hücumçu klubun 160-cı futbolçusu kimi tarixə düşdü. O, bu siyahıda milliləşənlər də daxil olmaqla 74-cü legioner oldu ki, bu oyunçular da 28 ölkəni təmsil edir.
Subotiçin vurduğu qələbə qolu “Qəbələ”nin tarixi ərzində rəqib meydanlarında vurulan 150-ci - yubiley qolu oldu. 135-ci səfər oyununda 150-yə çatan “qırmızı-qaralar” 26 dəfə Birinci Divizionda, 17 dəfə kubokda, 107 dəfə Premyer Liqada fərqlənib.
banner

Oxşar Xəbərlər