• cümə, 29 Mart, 15:45
  • Baku Bakı 14°C

Komandalarımız İstanbulda 3-cülük uğrunda görüşəcək

28.09.13 11:17 1325
Komandalarımız İstanbulda 3-cülük uğrunda görüşəcək
İstanbulda beynəlxalq turnirin iştirakçılarından olan “Azəryol” və “Azərreyl” dünən ilk oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, hər 2 voleybol klubumuz yarışa məğlubiyyətlə başlayıb.
Belə ki, “Azəryol” meydan sahibi və turnirin təşkilatçısı olan “Əczacıbaşı”ya məğlub olub. Ümumilikdə setləri 100 dəqiqə davam edən görüşdə təmsilçimiz hesabda öndə olsa da, sonda Türkiyə klubuna 1:3 uduzub. “Azərreyl” isə İtaliyanın “Modena” klubu ilə bacarmayıb – 0:3.
Beləliklə, bu gün təmsilçilərimiz turnirin üçüncülüyü uğrunda oyunda qarşılaşacaq. Türkiyə və İtaliya klubları isə güclərini finalda sınayacaq.
27 sentyabr
“Əczacıbaşı” (Türkiyə) – “Azəryol” (Azərbaycan) 3:1 (23:25; 25:18; 25:22; 25:15)
“Modena” (İtaliya) – “Azərreyl” (Azərbaycan) 3:0 (25:16; 25:22; 25:18)
28 sentyabr
18:00. 3-cülük uğrunda oyun. “Azərreyl” – “Azəryol”
20:00. Final. “Əczacıbaşı” – “Modena”
Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə göstərilib. Qarşılaşmalar İstanbulun Ayazağa qəsəbəsində yerləşən Əczacıbaşı İdman Zalında keçirilir.
banner

Oxşar Xəbərlər