• cümə, 26 Aprel, 17:23
  • Baku Bakı 23°C

Kolumbiyanın səfiri ADNA-da olub

14.07.15 17:39 1166
Kolumbiyanın səfiri ADNA-da olub
İyulun 14-də Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) rektor vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanovla görüşüb. ADNA-nın mətbuat xidmətindən verilən məlumata görə, V.Qurbanov Assad Jose Gaterə ölkədə neft mühəndisləri üzrə ixtisaslaşmış və böyük tarixi ənənələri olan ilk ali təhsil müəssisəsi və burada təhsil alan xarici tələbələr haqqında ətraflı məlumat verib. Professor eləcə də Kolumbiyanın neft yataqları ilə zəngin ölkə olduğunu qeyd edərək, gələcəkdə neft mühəndisliyi sahəsində olan təcrübələrini qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etdirməyi məqsədəuyğun sayıb.
Assad Jose Gater öz növbəsində ADNA ilə qurulan əməkdaşlıq əlaqələrinin müsbət əhəmiyyətini qeyd edib. Səfir Azərbaycanda aparılan iqtisadi islahatları izlədiyini, eyni zamanda ölkəsinin təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Səfir bildirib ki, belə əlaqələrin qurulması və inkişafı gələcəkdə Azərbaycan - Kolumbiya dostluq cəmiyyətlərinin yaradılmasına, birgə əməkdaşlıqlara, tələbə - müəllim mübadiləsinə geniş imkanlar yarada bilər. Görüşdə hər iki tərəf Kolumbiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün bütün imkanlardan yararlanmağı vacib məsələ kimi önə çəkiblər.
Sonra səfir ADNA-nın Tarix Muzeyi ilə tanış olub və sonra fəxri qonaqlar üçün nəzərdə tutulan kitaba öz ürək sözlərini qeyd edib.
Aygün
banner

Oxşar Xəbərlər