• cümə, 29 Mart, 12:21
  • Baku Bakı 14°C

Kolumbiyanın məşhur qrupu Bakıda konsert verdi

28.05.18 22:50 766
Kolumbiyanın məşhur qrupu Bakıda konsert verdi
Kolumbiyanın məşhur "La Mambanegra” musiqi qrupu Bakıda konsert proqramı ilə çıxış etdi. Konsertdən əvvəl Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Marta Qalindo Penya çıxış etdi. Bildirdi ki, məşhur qrupun konsertinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində keçirilməsi azərbaycanlı tamaşaçılar üçün sürprizdir.

Xanım Marta Qalindo Penya bildirdi ki, ölkələrimiz arasındakı münasibətlər getdikcə daha da sıxlaşır, qarşılıqlı səfərlər, müxtəlif mədəni tədbirlər həyata keçirilir.
Azərbaycanda akkreditə olunmuş bir çox səfirliklərin nümayəndələri, jurnalistlərin və ictimaiyyətin müəyyən qisminin təmsilçilərinin iştirak etdiyi tədbirə ecazkar Kolumbiya musiqisi xüsusi rəng qatdı.

Qeyd edək ki, "La Mambanegra” (Qara Mamba) musiqi qrupu Kolumbiya incəsənəti sferasında olduqca məşhurdur. Qrup Azərbaycandan əvvəl - mayın 17-də Niderlandda, 22-də Polşada, 23-də Portuqaliyada, 25-26 may tarixlərində Türkiyədəkonsert proqramları ilə çıxış edib.



banner

Oxşar Xəbərlər