• şənbə, 20 Aprel, 06:16
  • Baku Bakı 14°C

Kolumbiyada prezident seçkiləri keçirilir

27.05.18 15:47 452
Kolumbiyada prezident seçkiləri keçirilir
Bu gün Kolumbiyada prezident seçkilərinin ilk turu keçirilir.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, bu ölkədə 36 milyon 230 min seçicinin səsvermə hüququ var. Yeni seçiləcək dövlət başçısı ölkəni 2022-ci ilədək idarə edəcək.
Prezident seçkilərində German Varqas Leras, Qustavo Petro, Humberto de la Calle, Ivan Duque, Sergio Fajardo və Jorge Antonio Sarmientonun namizədlikləri irəli sürülüb.
İlk turda namizədlərdən biri 50 faizdən çox səs toplamayacağı halda, ən çox səs alan iki namizəd növbəti turda mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər