AZE | RUS | ENG |

Kolumbiyada ölkəmiz barədə sənədli filmin hazırlanması arzusu bildirilib

Kolumbiyada ölkəmiz barədə sənədli filmin hazırlanması arzusu bildirilib
Dekabrın 8-də Azərbaycanın Boqotadakı səfirliyi Kolumbiyanın "ColPrensa”, "Caracol”, "El Tiempo”, "Diariolaeconomia”, "La semana” və digər nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri, eyni zamanda radio və televiziya aparıcıları ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə, həmçinin ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları haqqında ətraflı məlumat verib, Azərbaycanın mədəni turizm potensialını və mətbəxini əks etdirən broşürlar tədbir iştirakçılarına paylanılıb.

Tədbirin davamı olaraq KİV nümayəndələrinə nümayış edilmiş "Hidden Cities Revealed: Baku” və "Objetivo Baku” sənədli filmlər böyük maraq ilə izlənilib, televiziya təmsilçiləri ölkəmiz barədə sənədli filmin hazırlanması arzusunu bildiriblər. Daha sonra iştirakçılar milli mətbəximizin ləziz nümunələrini ilə tanış olublar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056