• çərşənbə axşamı, 23 aprel, 14:41
  • Baku Bakı 24°C

Kolleclərə bərpa üçün məhdudiyyət qoyulub

01.02.17 18:22 932
Kolleclərə bərpa üçün məhdudiyyət qoyulub
Orta ixtisas təhsili müəssisələrinə tələbələrin bərpaolunması ilə bağlı artıq məhdudiyyət tətbiq edilib.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiriSülhəddin GözəlovLent.az-a açıqlamasında deyib ki, bu təhsil naziri Mikayıl Cabbarov tərəfindən "Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair”təsdiqlənmiş müvəqqəti Qaydalarda öz əksini tapıb.
S.Gözəlov bildirib ki, belə ki orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbənin kollecdən xaric olunduqdan sonra bir semestr keçdikdən 10 il müddətində kollecə bərpaolunma hüququ var: " Yəni tələbə kollecə qəbul olub, 1 il ya il yarım oxuduqdan sonra xaric olunursa, 1 semestr keçdikdən sonra 10 il ərzində yenidən həmin kollecə və ixtisasına bərpa oluna bilər. Yəni xaric olunduqdan 11 il keçibsə, onun artıq bərpaolunmaq hüququ qalmır”.

S.Gözəlov deyib ki, əvvəl belə bir məhdudiyyət qoyulmurdu və 20-25 il bundan əvvəl xaric olunan tələbə yenidən kollecə bərpa olunurdu: " İndi isə bu məhdudiyyətin ciddi əsaslandırılmış səbəbləri var. Çünki istər orta ixtisas təhsili müəssisələrində, istər ali təhsil müəssisələrində təhsil standartları, tədris planı deyilən bir sənəd var. Və bu tədris planı standartları beş ildən bir dəyişilir. Təhsil standartlarının dəyişməsi tədris planının dəyişməsinə gətirib çıxarır. Əgər tələbə 20 il bundan əvvəl kollecdən xaric olunan tələbənin o vaxt oxuduğu tədris planındakı fənlərlə indiki tədris planındakı fənlər tamam bir-birindən fərqlidir. Yəni onun o zaman keçdiyi fənnin bir hissəsi indi artıq tədris planlarında yoxdur. İndi kadr hazırlığının planları tamam başqa şeylərdir. Bu baxımdan o məhdudiyyəti qoymuşuq”.
banner

Oxşar Xəbərlər