Kollec tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - Fotolar

Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) tələbələri
ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Heydər
Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzin əməkdaşları kollecin müəllim və tələbələrini
Heydər Əliyev Mərkəzi ilə yaxından tanış ediblər. Əvvəlcə Mərkəz barədə məlumat
verilərək qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr
2006-cı il tarixli Sərəncamına əsasən Bakıda Heydər Əliyev Mərkəzi yaradılıb.
Ulu ğndərin 89-cu doğum günündə - 10 may 2012-ci ildə dövlət başçısı İlham
Əliyev və xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın iştirakı ilə Mərkəzin təntənəli açılış mərasimi olub.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəz müasir Azərbaycanın,
paytaxt Bakının rəmzinə çevrilməklə, ölkəmizin dinamik inkişafını, keçmişdən gələcəyə
bağlılığını təcəssüm etdirir. Heydər Əliyev Mərkəzinin loqosu da məhz bu
ideyadan yaranıb. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru
baxışlarını, ölkəmizin tərəqqisini və sabahını simvolizə edir.
Müəllim və tələbələrə məlumat verilib ki, Mərkəz Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq
məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm,
təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf
etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət
göstərir. Bununla yanaşı, Mərkəz Azərbaycan tarixinin, mədəniyyətinin, dilinin
və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği,
eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin ölkəmizdə
tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin
keçirilməsi istiqamətində də fəaliyyət göstərir. Bildirilib ki, Heydər Əliyev Mərkəzi
digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət,
iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr həyata
keçirir.
Mərkəzin əsas binasının Heydər Əliyev Muzeyi, sərgi
zalları və "Auditorium” kimi üç böyük hissədən ibarət olduğu da diqqətə
çatdırılıb. Qeyd olunub ki, binanın doqquz mərtəbəli hissəsində sərgi zalları,
ofislər, həmçinin kafelər yerləşir. Dörd mərtəbəli "Auditorium” hissəsində iki
konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir. Binada həmçinin təbii
ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılıb. Binanın
tərkibində müxtəlif interaktiv məlumat köşkləri də var ki, Mərkəzə gələn ziyarətçilər
burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər. Mərkəzin
əməkdaşları onu da vurğulayıblar ki, 2013-cü ilin oktyabrında Heydər Əliyev MərkəziSinqapurdakeçirilənDünya
Memarlıq Festivalında təqdim edilib. 2014-cü ilin iyununda isə Heydər Əliyev Mərkəzinin
binasının dizaynına görə "Design Museum” təşkilatı Mərkəzin memarı Zaha Hadidə "İlin
dizaynı 2014” mükafatını verib. Bu mükafat Z.Hadidə Bakıda təqdim edilib.
BİTKol tələbələri
ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə, o cümlədən Heydər
Əliyev Muzeyi, sərgi zalları və "Auditorium”la tanış olduqdan sonra xatirə şəkli
çəkdiriblər. Heydər Əliyev Mərkəzi kollecin tələbələrində xoş təəssürat
yaradıb.


























