• cümə, 19 Aprel, 16:00
  • Baku Bakı 25°C

Koçaryanın vəsatəti təmin olunmadı, həbs ediləcək

07.12.18 17:15 381
Koçaryanın vəsatəti təmin olunmadı, həbs ediləcək
Ermənistanın ikinci prezidenti Robert Koçaryan məhkəmə qərarı ilə həbs olunmalıdır.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu sabiq prezidentin vəkili Ayk Alumyan deyib. Onun sözlərinə görə, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişməz saxlayıb və vəkillərin vəsatətləri təmin olunmayıb.
Qeyd edək ki, R.Koçaryan dövlət quruluşunu devirmək cəhdinə ittiham olunaraq bu ilin iyulunda həbs olunmuşdu. Apellyasiya məhkəməsi onu azad etsə də, Ali Məhkəmənin tələbi ilə işə yenidən baxılıb.
banner

Oxşar Xəbərlər