AZE | RUS | ENG |

KOBİA nəzdində ictimai şuranın yaradılması biznes sahəsində koordinasiyanı gücləndirəcək

KOBİA nəzdində ictimai şuranın yaradılması biznes sahəsində koordinasiyanı gücləndirəcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nəzdində ictimai şuranın yaradılması sosial amilin güclənməsinə yönəlmiş zəruri addımdır.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda forumda deyib.
O bildirib ki, bu amil biznes sahəsində cəmiyyətin sosial iştirakını təmin edəcək, eləcə də biznes strukturları və sahibkarların qarşılıqlı fəaliyyətini genişləndirəcək:
"Dövlət siyasətinin əsas vektorlarından biri vətəndaş cəmiyyəti ilə dövlət arasında əlaqənin güclənməsinə yönəlib. Bu, biznes sahəsində də özünü göstərir. Biz sahibkarların "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində yaranmış problemlərinin həllində ölkə rəhbərliyinin çevik siyasətinin şahidi olduq. KOBİA tərəfindən həyata keçirilmiş böyük iş nəticəsində hadisənin bütün fəsadları aradan qaldırılır. 460 sahibkarın problemləri həll edildi”.
N.Səfərov qeyd edib ki, KOBİA nəzdində ictimai şuranın yaradılması biznes sahəsində koordinasiyanı gücləndirəcək və vətəndaş cəmiyyətində obyektiv rəyin formalaşmasına xidmət edəcək.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982