KOBİA Azərbaycanda nümayəndəliklər şəbəkəsini genişləndirəcək

KOBİA Azərbaycanda nümayəndəliklər şəbəkəsini genişləndirəcək

İqtisadiyyat
16 May 2019, 11:51 163
Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) 2019-cu ilin sonunadək Azərbaycanın regionlarında 20-25 nümayəndəlik açmağı planlaşdırır.
Bunu Trend-ə agentliyin KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda nümayəndəlik Şəkidə açılacaq:
"Kiçik və Orta Biznesin Dostu” nümayəndəliklərini açırıq və bu günədək onların sayı 12-yə çatıb. Gələcəkdə biz bu rəqəmi 60-a çatdırmağı planlaşdırırıq. Ümid edirik ki, "Kiçik və Orta Biznesin Dostu” şəbəkəsi məqsədyönlü şəkildə genişlənəcək və ölkənin bütün regionlarını əhatə edəcək”.
O.Məmmədov bildirib ki, bu ilin sonunadək Bakıda ilk Kiçik və Orta Biznes Evinin açılışı planlaşdırılır.
Onun sözlərinə görə, bu, sahibkarlara müxtəlif növ xidmətlər, o cümlədən konsaltinq xidmətləri göstərmək məqsədilə "one stop shop” rejimində fəaliyyət göstərən "açıq platforma” olacaq:
"KOB Evinin yaradılmasının əsas məqsədi operativliyin, şəffaflığın və biznesin maliyyə resurslarına optimal çıxışının təmin olunmasıdır”.