• şənbə, 20 Aprel, 00:41
  • Baku Bakı 15°C

“KOB kadr bankı”nın hazırlanması istiqamətində işlərə başlanılıb

21.06.19 14:30 601
“KOB kadr bankı”nın hazırlanması istiqamətində işlərə başlanılıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB subyektlərinin təlim ehtiyaclarına müvafiq olaraq mövcud tədris və təlim proqramlarında təkmilləşdirmələrin aparılması, səmərəli fəaliyyətin təmin olunması sahəsində tədbirlər nəzərdə tutulur.
AZƏRTACxəbər verir ki, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.
O.Məmmədov bildirib ki, təhsil biznesi sektorunda və vətəndaş cəmiyyəti institutları ilə KOB subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, metodiki vəsaitlərin və mövzuların hazırlanmasında, birgə iştirakın təşkil edilməsində maraqlıyıq: "Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizminin təmin edilməsi istiqamətində hazırda "KOB kadr bankı”nın hazırlanması istiqamətində işlərə başlanılıb. Məqsəd KOB subyektləri üçün tələb olunan vəzifələr (peşələr) üzrə ixtisaslı kadrlara dair ehtiyacları, o cümlədən əlavə təhsilə dair tələbatın həcmini, ölkə üzrə müxtəlif kadrlara dair məlumatları özündə əks etdirən sistemi yaratmaqdır. Bu prosesdə biz təhsil sektorunda fəaliyyət göstərən qurumlarla da əməkdaşlıq edə bilərik".
banner

Oxşar Xəbərlər