• cümə, 29 Mart, 14:01
  • Baku Bakı 14°C

Könül Xasıyeva xəstəlikdən tanınmaz hala düşdü

26.05.17 19:14 1483
Könül Xasıyeva xəstəlikdən tanınmaz hala düşdü
Azərbaycanlı aparıcı Hacı Nuran xalq artisti Könül Xasıyevaya baş çəkib.Lent.az-ın məlumatına görə, H.Nuran xalq artisti ilə şəklini paylaşaraq, bu sözləri yazıb: "Azərbaycanın xalq artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasıyevanı bu gün ziyarət etdim. Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək oldu. Amma inanıram ki, Könül xanım tezliklə şəfa tapacaq. Çünki yeni "Həyat" fondumuz ona dəstəkdir. Biz isə sizin hər birinizə güvənirik. Bu yaxınlarda "Həyat" fondunun televiziya versiyasında ətraflı danışıb, sizli-bizli gözəl sənətçimizə dəstək olacağıq. Allah ona şəfa, bizlərinsə ürəyinə mərhəmət versin. Yardım etmək üçün hər hansı bir mobil operatorlardan 999 nömrəsinə zəng vurun və ya sms göndərin".

Onu da əlavə edək ki, H.Nuran "Ondan sonra” verilişinə açıqlamasında bildirmişdi ki, "Həyat" Xeyriyyə Fondu K.Xasıyevaya yardım edəcək.

Qeyd edək ki, K.Xasıyeva xəstəliyi barədə ətaflı açıqlama verməsə də bu sözləri deyib: "Hər il özüm müalicələr götürürəm. Kazımla əlaqəli 2 il müalicələrə getmədim. Buna görə də, səhhətimdəki problemlərçoxaldı. Onurğamda problemlər yaranıb, iflicdir. Stress yaşayıram”.
banner

Oxşar Xəbərlər