• çərşənbə, 24 Aprel, 14:38
  • Baku Bakı 27°C

Çökmə baş verən yol Bakı Metropoliteni tərəfindən alternativ yol olaraq salınıb

15.07.18 16:41 424
Çökmə baş verən yol Bakı Metropoliteni tərəfindən alternativ yol olaraq salınıb
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmə baş verən yol 7-8 il öncəBakı Metropolitenitərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.
APA-nın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
A. Nəcəfli qeyd edib ki, çökmənin səbəbi hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq: "Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq".
banner

Oxşar Xəbərlər