• cümə, 29 Mart, 18:08
  • Baku Bakı 14°C

Klub sahibi Notr-Damın bərpasına 100 milyon ayırdı

16.04.19 10:54 481
Klub sahibi Notr-Damın bərpasına 100 milyon ayırdı
Parisin Notr-Dam kilsəsində güclü yanğın baş verib.
Kaspi.az xəbər verir ki, yanğın nəticəsində tarixi abidə demək olar ki, yararsız vəziyyətə düşüb. Kilsənin bərpası üçün külli miqdarda vəsait tələb olunur.
Artıq bu məqsədlə vəsait ayırmaq istəyənlər var. Fransanın "Renn” klubunun sahibi, milyarder Fransu-Anri Pino kilsənin bərpası üçün 100 milyon avro ayırıb.
Bu barədə biznesmen özü məlumat verib: "Mən və atam qərara gəldik ki, kilsənin tam bərpası üçün "Artemis” kompaniyasının fondundan 100 milyon avro ayıraq”.
banner

Oxşar Xəbərlər