Klub sahibi Notr-Damın bərpasına 100 milyon ayırdı
Parisin Notr-Dam
kilsəsində güclü yanğın baş verib.
Kaspi.az xəbər
verir ki, yanğın nəticəsində tarixi abidə demək olar ki, yararsız vəziyyətə
düşüb. Kilsənin bərpası üçün külli miqdarda vəsait tələb olunur.
Artıq bu məqsədlə
vəsait ayırmaq istəyənlər var. Fransanın "Renn” klubunun sahibi, milyarder
Fransu-Anri Pino kilsənin bərpası üçün 100 milyon avro ayırıb.
Bu barədə
biznesmen özü məlumat verib: "Mən və atam qərara gəldik ki, kilsənin tam bərpası
üçün "Artemis” kompaniyasının fondundan 100 milyon avro ayıraq”.